CƏMİYYƏT


İsmayıllıda ot daşıyan yük maşını yanıb, sürücü xəsarət alıb

İsmayıllıda yanğın hadisəsi baş verib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə İsmayıllı-Lahıc yolunun Gəndo kəndi ərazisində olub. Belə ki, sürücü Şaiq Muradov İsmayıllı 5 saylı xüsusi təyinatlı MMC-yə məxsus “Tatra” markalı yük maşını ilə ot daşıyarkən qəflətən avtomobildə yanğın başlayıb. Alov qısa vaxtda salona və yük yerinə keçib. Yanğının söndürülməsi üçün əraziyə FHN-in 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğının ətraf əraziyə keçməsinin qarşısı alınıb. Hadisə zamanı avtomobil, yük yerindəki 200 ədəd ot bağlaması tamamilə yanıb, sürücü Şaiq Muradov yanıq xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.İlkin məlumata görə, avtomobilin yük yerinə çox yığılan ot bağlamaları kənddə elektrik naqillərinə toxunub, qısa qapanma nəticəsində yanğın baş verib. Faktla bağlı araşdırma aparılır.