CƏMİYYƏT


Tovuzda ilk dəfə Avropa sort moruğunun kütləvi yığımına başlanılıb

Tovuzda ilk dəfə Avropadan gətirilmiş moruq sortunun kütləvi becərilməsinə başlanılıb. Ötən il əkilən tinglərdən bu yay artıq məhsul götürülür.
AZƏRTAC xəbər verir ki, tovuzlu fermer İlqar Səmədov moruq bağından məhsul yığımına başlayıb. Görünüşü qara tuta bənzər olsa da, yerli moruq qədər dadlı olan bu giləmeyvənin budaqları həm də tikansızdır. Əziyyəti az, gəliri çox bitkidir. Polşadan gətirilən və “Naçes” adlanan bu meyvəni tovuzlu fermer rayonda kütləvi olaraq keçən ildən əkdiyini deyir.