CƏMİYYƏT


Qurban Yetirmişli: Vulkan püskürməsi 8 dəqiqə davam edib

İyulun 4-də saat 21:51-də Daşlı adasında palçıq vulkanının püskürməsi baş verib. Püskürmənin davamlılığı 8 dəqiqə, vulkanın dərinliyi 1,48 kilometr, yanma müddəti 25 saniyə, alovun hündürlüyü 50 metrdən çox olub.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.