CƏMİYYƏT


Rasim Səttarzadə: Daşlı adası çoxdan mövcuddur və vulkan püskürməsi nəticəsində yaranıb

Dünyada 900 palçıq vulkanı mövcuddur. Onlardan 300-ə qədəri Azərbaycandadır. Dünənki vulkan püskürməsi də vulkan mənşəli Daşlı adasında qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.
Onun sözlərinə görə, həmin ada çoxdan mövcuddur və vulkan püskürməsi nəticəsində yaranıb: “Xəzər dənizində 200-ə qədər sualtı palçıq vulkanı var. Onlardan 120-si Azərbaycan sektoruna aiddir. Bundan başqa, Abşeron arxipelağında 8 vulkan mənşəli ada var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır