CƏMİYYƏT


Talış kəndi uğrunda şəhidlik zirvəsinə ucalan 19 yaşlı qəhrəman

Cəlal Ağahüseyn oğlu İslamov Vətən müharibəsində Talış kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Cəlal İslamov 2001-ci il iyul ayının 3-də Xaçmaz rayonunun Çarxı kəndində anadan olub. Orta təhsilini Gülümbala Rəsulov adına Çarxı kənd tam orta məktəbində alıb. Tələbə adını qazanan Cəlal birinci kursu bitirdikdən sonra hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda isə həmlə qruplarında düşmən üzərinə atılan qəhrəman döyüşçülərimiz sırasında yer alıb.