CƏMİYYƏT
Sosial şəbəkələrdə narkotik və psixotrop maddələr satan 9 nəfər saxlanılıb
06.07.2021 [10:53]
Sosail şəbəkələrdə narkotik vasitələr və “patı”, “şüşə” adlanan psixotrop maddələr satan 9 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlardan 30 kiloqramdan artıq narkotik vasitə və “Metamfetamin”, o cümlədən 4778 ədəd psixotrop tərkibli həb aşkar edilib.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələrdə təmassız, yəni onlayn yolla satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.
Baş İdarənin əməkdaşlarının Suraxanı rayonunda həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini əvvəllər məhkum olunmuş Abdul Çopurov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 12 kiloqramdan artıq heroin, 4 kiloqram 70 qram narkotik vasitə istifadəçiləri arasında “patı”, “şüşə” kimi adlanan psixotrop maddə “Metamfetamin” və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib. Saxlanılan şəxs narkotik vasitə və psrixotrop maddələri satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyini bildirib.