“Azərenerji”: Ağdamda iki yarımstansiya tikilir
06.07.2021 [11:17]
Xəbərin mətni
Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə dövlətimizin başçısının tapşırığına uyğun olaraq “Azərenerji” ASC tərəfindən kompleks işlər həyata keçirilir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Ağdamda böyük layihələrin gerçəkləşəcəyi nəzərə alınmaqla rayon ərazisində 2 ədəd 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir. “Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın Şelli kəndi istiqamətində inşa edilir.