CƏMİYYƏT


FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə seminar-müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Ağdaş rayonu ərazisində yerləşən taxıl sahəsində - açıq havada "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Vaqif İbrahimov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Əli Kərimov, Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Rahib Əhmədov, Türyançay Dövlət Təbiət Qoruğunun rəhbəri Müğdət Əliyev, Ağdaş rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, Ağdaş rayon Polis şöbəsinin, rayon Prokurorluğunun, "Aqrolizinq" MMC-nin nümayəndələri, habelə rayon inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və fərdi təsərrüfat rəhbərləri iştirak ediblər.