Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına diplomlar təqdim edilib

06.07.2021 [17:26]

Xəbərin mətni

İyulun 6-da Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına diplomlar təqdim edilib.
Filialın rektoru Əziz Əliyev bu ali məktəbin yaradılması tarixi və fəaliyyəti barədə məlumat verib, yüksək ixtisaslı həkimlərin hazırlanmasını daim və hərtərəfli dəstəklədiklərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Rektor vurğulayıb ki, filialın ilk məzunları 87 nəfərdir, onlardan 15-i bu adlı-sanlı məktəbi fərqlənmə diplomu ilə bitirib.