Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lerikin dağ kəndində yeni nəsil kombaynlarla biçin aparılıb

07.07.2021 [09:47]

Xəbərin mətni

Lerik rayonunun dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən Dizdipok kəndində taxıl biçini aparılıb. Bu işlərə dağlıq ərazilərdə, maili sahələrdə biçin üçün ixtisaslaşmış dağ kombaynları cəlb olunub.
AZƏRTAC xəbər verir ki, biçin prosesində iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov yeni nəsil dağ kombaynlarını idarə edən mexanizatorlarla söhbət edib, fermerlərlə dağlıq ərazilərdə biçinlə bağlı fikir mübadiləsi aparıb.