CƏMİYYƏT


Səbail rayonunda qardaşını bağçaya aparan azyaşlıya qarşı soyğunçuluq edilib

Paytaxtın Səbail rayonunda azyaşlıya qarşı soyğunçuluq edilib. Zərərçəkənin valideyni Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, övladı azyaşlı qardaşını bağçaya aparan zaman 2 nəfər onlara yaxınlaşıb soyğunçuluq, yəni özgənin əmlakını açıq talama yolu ilə uşağın mobil telefonunu əlindən alıb. Məlumat daxil olan kimi bölmənin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini Samir Əliyev və onun həyat yoldaşı Səidə Əliyeva qısa zamanda saxlanılıblar. Onlar ifadələrində qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.