CƏMİYYƏT


Şəmkirdə avtomobilləri sel apardı, üç nəfər son anda xilas edildi

Şəmkirdə güclü yağış fəsadlar törədib. Hadisə rayonun “Kraz yolu” adlanan ərazisində qeydə alınıb.
Güclü yağışdan sonra gələn sel “VAZ 2107” və “VAZ 21011” markalı minik avtomobillərini aparıb. Avtomobillərdə olan 3 nəfər son anda xilas edillib. Onlardan ikisinin kimliyi məlum olub: 65 yaşlı Bənövşə Musayeva və 36 yaşlı İlqar Musayev.