CƏMİYYƏT


İğdırda Ermənistanın Oxçuçayda törətdiyi ekoloji terrora qarşı etiraz aksiyası keçirilib

Türkiyənin İğdır vilayətində yerləşən Ağaver kəndində Ermənistanın Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları hesabına Oxçuçayın normadan dəfələrlə artıq çirkləndirilməsi ilə törədilən ekoloji terrora qarşı etiraz aksiyası keçirilib. İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi tərəfindən Ermənistanla sərhəddə təşkil olunan aksiyada məqsəd diqqəti Ermənistanın və Almaniyanın “CRONIMET Mining AG” şirkətinin qanunsuz fəaliyyətinə cəlb etməkdir.Dərnəyin sədri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı Ziya Zakir Acarın AZƏRTAC-a verdiyi məlumata görə, Ermənistanın və Almaniyanın “CRONIMET Mining AG” şirkətinin Oxçuçayı çirkləndirərək törətdiyi ekoloji terror aktı barədə dünya birliyinə müraciət qəbul edilib.