Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN-in xilasediciləri Lənkəranda binada liftin şaxtasına düşərək xəsarət almış şəxsi xilas ediblər

08.07.2021 [18:37]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Lənkəran şəhərində tikintisi başa çatmamış binada liftin şaxtasına düşərək xəsarət almış şəxs nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən xilas olunub.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən bildiriblər.