CƏMİYYƏT
Vətən müharibəsində çoxlu sayda erməni məhv edən 19 yaşlı Firavan Əsgərovun döyüş yolu
09.07.2021 [13:56]
Xəbərin mətni
Vətən müharibəsi qəhrəmanı Xüsusi Təyinatlı Qüvvələrin əsgəri şəhid Firavan Əsgərov qısa, ancaq şərəfli ömür yaşayıb. O, 20 erməni hərbçisi ilə tək vuruşaraq, 8-ə yaxın düşməni məhv edib, qalanlarını isə şok atəşi ilə ram edib. Yaralanmasına baxmayaraq, döyüşdən geri çəkilməyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid anası Şamama Əsəgorva qəhrəman oğlunun həyatı və qəhrəmanlığı haqqında indi qürurla danışır.