SİYASƏT


Qəhrəmanlıq tariximizdən səhifələr: Tovuz döyüşləri

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərib. Düşmən əvvəlcə yüngül atıcı silahlardan, 60, 82, 120 millimetrlik minaatanlar və daha iriçaplı digər ağır artilleriya qurğularından istifadə etməklə mövqelərimizi və sərhədboyu bir sıra yaşayış məntəqələrimizi (Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü) atəşə tutub.AZƏRTAC xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifələrindən biri olan Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar videomaterialı təqdim edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır