Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cıdır düzü - əsrarəngiz gözəlliklər məkanı

12.07.2021 [15:00]

Xəbərin mətni

Cıdır düzü dağlar qoynunda yerləşən, şəhərin yeganə və böyük hamar ərazisidir. Elə bu səbəbdən də ta qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrangahı olub. O, şəhərin kənarında - Daşaltı dərəsinin yuxarı hissəsində yerləşir.