CƏMİYYƏT


Vətən müharibəsi şəhidi Qara Balakişiyevin doğum günü məzarı yanında qeyd edilib

Vətən müharibəsində düşmənə qarşı son damla qanına qədər vuruşaraq şəhid olan Qara Balakişiyevin doğum günü məzarı yanında qeyd edilib. Şəhidin ailəsi ilə bərabər, rayon ictimaiyyəti, məktəblilər, ziyalılar onun xatirəsini ehtiramla anıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qara yaşasaydı, 27 yaşını ailəsi və iki övladı ilə birgə qeyd edəcəkdi. İndi isə onun cənnətdəki ilk doğum günü məzarı üzərində qeyd olunur. Anım tədbirində şəhidin məzarı üzərinə gül dəstələri və çələnglər düzülüb, ruhuna dualar oxunub. Çıxış edənlər Vətən müharibəsində qazanılan Qələbədən söhbət açıblar. Bildirilib ki, Qara və digər qəhrəmanlarımız öz canlarını fəda edərək torpaqlarımızı yağı düşməndən azad etdi və 30 illik həsrətə son qoyuldu.