CƏMİYYƏT
İyulun 20-si və 21-də məscidlərdə birgə bayram namazları qılınacaq
14.07.2021 [12:33]
Azərbaycanda Qurban bayramı ilə bağlı qılınacaq bayram namazının vaxtı açıqlanıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qəbul etdiyi tövsiyədə bildirilir. Qeyd olunub ki, iyulun 20-si və 21-də məscidlərdə birgə bayram namazları qılınacaq.
Tövsiyələrdə o da vurğulanıb ki, şəriətə uyğun olaraq qurban kəsimi iyulun 20-dən başlayaraq 3 gün davam edə bilər.