CƏMİYYƏT


Xaçmazda çətənə kolları yetişdirən şəxs saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Tel kənd sakini İslam Əlimulayevi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz RPŞ-nin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən İslam Əlimulayevin yaşadığı Tel kəndi yaxınlığındakı meşə ərazisinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 311 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır