CƏMİYYƏT


Xaçmazda “Şəhidlər bulağı” istifadəyə verilib

Yeni inşa olunan bulaq kompleksində Vətən müharibəsi şəhidləri Rauf Babayev, Davud Hacıyev, Kərəm Veyisov, Rəşad Səfərəliyev və Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Elvin Mirzəyevin xatirəsi əbədiləşdirilib.
“Şəhidlər bulağı”nın açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların nümayəndələri, Vətən müharibəsi iştirakçıları, şəhidlərin ailə üzvləri iştirak ediblər.