CƏMİYYƏT


Bakıda polis əməliyyatlar keçirib, “patı” və “şüşə” satan 19 nəfər saxlanılıb

Bakı şəhərində polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin onlayn satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində genişmiqyaslı əməliyyatlar həyata keçirilib. Əməliyyatlar paytaxtın Xətai, Nizami, Suraxanı və Xəzər rayonunda baş tutub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində, eləcə də, paytaxtın digər rayonlarında, o cümlədən, sosial şəbəkələrdə külli miqdarda psixotrop maddə olan “patı”, “şüşə” adlanan metamfetamin, həmçinin narkotik vasitə olan heroinin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Əvvəlcə, sosial şəbəkələrdə yayılan görüntülər əsasında binaların bloklarında “şüşə”, yəni metamfetamin satan paytaxt sakini Qədim Manafov və Sahib Mustafayev saxlanılıb. Onların üzərinə baxış zamanı külli miqdarda metamfetamin, elektron tərəzi və onlayn narkotik satışında istifadə olunan bank kartları aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır