CƏMİYYƏT


DİN 3 rayonda narkotiklərə qarşı əməliyyat keçirib

Abşeron, Səbail və Binəqədi rayonlarında polis əməkdaşları narkotiklərə qarşı əməliyyatlar keçirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Saray qəsəbəsi sakini Fərid Vəliyev saxlanılıb.
Onun qəsəbə ərazisindəki evinin həyətinə baxış zamanı kultivasiya etdiyi ümumi çəkisi 2 kiloqram 260 qram olan 19 ədəd çətənə kolu aşkar edilib.
Fərid Vəliyev ifadəsində çətənə bitkilərini satmaq məqsədi ilə əkdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır