CƏMİYYƏT


Belarusun ölkəmizdəki keçmiş səfiri Nikolay Patskeviç Ağdam şəhərində olub

Belarusun ölkəmizdəki keçmiş səfiri Nikolay Patskeviç Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qonağa Ağdam şəhəri, burada törədilən erməni faşizmi, tarixi, dini, mədəni abidələrimizin vandalizmə məruz qalması, eləcə də Azərbaycan dövləti tərəfindən burada aparılan bərpa-quruculuq işləri barədə məlumat veriblər.