CƏMİYYƏT


Balakəndə "patı" və heroin satan şəxslər saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı psixotrop maddələrin satışında şübhəli bilinən rayonun Qullar kənd sakini Vasif Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan satmaq məqsədi ilə əldə etdiyi külli miqdarda “patı” kimi tanınan psixotrop maddə-metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.