Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada qanunsuz toy mərasimi keçirən restoran sahibi cərimələnib

19.07.2021 [13:47]

Xəbərin mətni

Quba Rayon Polis Şöbəsinin əməkdaşları “Çənlibel” restoranında adı rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan restoranda qanunvericiliyin tələblərinə müvafiq olaraq obyekt sahibi barədə inzibati protokol tərtib edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI