CƏMİYYƏT


Qubada bayramın ilk günü satışa 500 baş qurbanlıq qoyun çıxarılıb

Qurban bayramı ilə əlaqədar şimal rayonlarının hər birində qurbanlıq heyvan kəsimi və satışı məntəqələri yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba şəhərinin Dəvədabanı yaşayış massivində təşkil edilən kəsim və satış məntəqəsində alıcılara baytarlıq nəzarətindən keçən və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilən qurbanlıq heyvanlar təklif olunur. Bayramın ilk günü bu məntəqədə satışa 500 baş xırdabuynuzlu heyvan çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır