Zəngilanın Ağalı kənd sakinləri kəndlərində aparılan işlərlə tanış olub, öz yurdlarında qurban kəsiblər
21.07.2021 [10:56]
Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsi çərçivəsində tikinti-quruculuq işləri davam edir. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə bir qrup Ağalı kənd sakini öz doğma kəndlərinə gələrək burada görülən işlərlə tanış olublar.Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, azad edilmiş ərazilərdə salınan ilk “ağıllı kənd”in sakinləri olmaqdan qürur hissi keçirən vətəndaşlar, tezliklə kəndə qayıtmaq, burada həmişəlik yaşamaq niyyətində olduğunu bildiriblər.