Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlər mükafatlandırılıb
21.07.2021 [12:03]
Xəbərin mətni
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlərin mükafatlandırılma mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, Milli Mətbuatın 146-cı ildönümü ərəfəsində təşkil olunan tədbirdə Milli Məclisin deputatları Jalə Əliyeva, Şahin Seyidzadə, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri, media qurumlarının redaktorları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.