Media nümayəndələrinin bir qrupu hərbi vətənpərvərlik təbliğatında xidmətlərinə görə təltif edilib
21.07.2021 [13:25]
Xəbərin mətni
Milli Mətbuat Günü ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər rayon Gənclər Mərkəzində keçirilən tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda vermiş Vətən övladlarının və xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Respublikasının Dövlət Himni oxunub.