CƏMİYYƏT


Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbir keçirilib

Bu gün Dənizkənarı Milli Parkda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbir keçirilib.Bayram münasibətilə tədbir iştirakçılarını təbrik edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, yeni yaradılan MEDİA Agentliyi öz addımlarını atır. KİV nümayəndələrinin Agentliyin həyata keçirdiyi layihələrdə yaxından iştirak etməyini istəyirik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbəni davam etdirmək borcumuzdur.