FHN Dövlət Yanğın Nəzarəti Xidməti inzibati tədbirləri davam etdirir
23.07.2021 [15:42]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti paytaxtın şəhərinin Yasamal rayonu, Alatava 2 ünvanında yerləşən, avtomobil təmiri, texniki qulluğu və eyni zamanda, mebel istehsalı fəaliyyəti ilə məşğul olan müəssisədə plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkarlanmış nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib.