Şəki şəhərində “Əbədiyyət zirvəsini fəth edənlər” adlı vətənpərvərlik tədbiri keçirilib
23.07.2021 [18:36]
Xəbərin mətni
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və “Əsgərə xatirə kitabı” ictimai birliyinin təşkilatçılığı ilə Şəki şəhərində “Əbədiyyət zirvəsini fəth edənlər” adlı vətənpərvərlik tədbiri keçirilib.Heydər Əliyev Mərkəzinə toplaşan Müdafiə Nazirliyinin rəsmiləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və ictimaiyyət nümayəndələri əvvəlcə xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.