Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qurban bayramı münasibətilə şəhid övladları üçün növbəti tədbir keçirilib

24.07.2021 [17:54]

Qurban bayramı münasibətilə Müdafiə Nazirliyi və “Fire Land Production”nın təşkilatçılığı, Fairmont Baku “Flame Towers” və Azərbaycan Boks Federasiyasının dəstəyi ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün “Mənim Atam Qəhrəmandır” adlı bayram tədbiri keçirilib.Tədbirin məqsədi torpaqlarımız uğrunda canını fəda edən şəhidlərimizi bir daha anmaq, onların övladlarına göstərilən diqqət və qayğının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etmək, eləcə də balacaları idmanla bağlı maarifləndirməkdir.