CƏMİYYƏT


Fransa Milli Assambleyasının nümayəndə heyəti ermənilərin Füzulidə törətdikləri cinayətlərlə tanış olublar

Fransa Milli Assambleyasının nümayəndə heyəti Füzuli şəhər mərkəzində erməni vəhşiliyinə məruz qalan dağıntılarla tanış olublar.AZƏRTAC xəbər verir ki, qonaqlara ermənilərin şəhərdə törətdikləri vandalizm aktları, dağıntılar barədə məlumat verilib. Bildirilib ki, erməni işğalçıları Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən olan Füzulidə bir dənə də olsun salamat bina qoymayıblar. 1993-cü il işğal gününə qədər təkcə şəhərdə 20 minə yaxın əhali yaşayıb. Şəhərdə 5-7 mərtəbəli çoxmənzilli binalar və fərdi yaşayış evləri olub. Həmçinin şəhər mərkəzində redaksiya, teatr binası yerləşib ki, bütün sadalanan tikililər yerlə-yeksan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır