MƏDƏNİYYƏT


Şəkili xanım sənətkarın keçə üzərindəki təkəlduz tikmələri ziyarətçilər tərəfindən maraqla qarşılanır

Azərbaycanda geniş yayılmış qədim xalq sənəti növlərindən biri də təkəlduzdur. Sənətkarlar diyarı kimi məşhur olan qədim Şəki, həm də, təkəlduz sənətinin vətəni hesab olunur. İpəkçiliyin inkişafı Şəkidə təkəlduz sənətinin inkişafına da böyük təkan verib. Hazırda Şəkidə dekorativ sənətin bu zərif növü ilə onlarla xanım sənətkar məşğul olur. Onlardan biri də tanınmış təkəlduz ustası Vəfa Mustafayevadır.