CƏMİYYƏT


Ailə qurmazdan və uşaq planlaşdırılmasından əvvəl virus infeksiyalarına qarşı vaksinasiya tövsiyə olunur

Bu günə qədər ölkəmizdə koronavirusa qarşı 4 milyon 500 min dozaya yaxın vaksin vurulub və heç bir ciddi əks təsir müşahidə olunmayıb.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.