CƏMİYYƏT


Tovuz “ASAN Həyat” kompleksində hərbi vətənpərvərlik tədbiri təşkil olunub

Tovuz rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə çağırışçı gənclərin həqiqi hərbi xidmətə yola salınması və ehtiyata buraxılmış şəxslərin qarşılanması ilə əlaqədar tədbir təşkil olunub.AZƏRTAC xəbər verir ki, tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz “ASAN xidmət” mərkəzinin direktoru Güntək Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi polkovnik-leytenant Ceyhun Əliyev, şəhidlərimizin ailə üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti iştirak edib.