Azərbaycanın diaspor nümayəndələrinin Şuşaya səfəri başlayıb
27.07.2021 [18:00]
Xəbərin mətni
Sərhədlərin açılması xaricdə yaşayan onlarla soydaşımızın yay tətilini Azərbaycanda keçirməsinə şərait yaradıb. Diaspor nümayəndələrinin eyni vaxtda vətəndə olmalarını nəzərə alaraq, Diasporla İş üzrə Dövlət Komitəsi onların Şuşaya səfərlərini təşkil edib.“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfər Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən biridir.