Xaricdə yaşayan soydaşlarımız Şuşa ilə yaxından tanış olub
28.07.2021 [11:44]
Xəbərin mətni
“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfərdə 24 ölkədən 72 soydaşımız Şuşada olub. Şuşaya ayaq basan qonaqlar öz sevinclərini bir biri ilə paylaşıb. Nahardan sonra soydaşlarımızın Şuşa gəzintisinə start verilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səfər çərçivəsində Şuşaya üz tutan qonaqlar Xarı bülbül istirahət parkında olub. Kollektiv şəkildə Şuşa musiqisini ifa edən soydaşlarımız Qarabağ Azərbaycandır şüarını səsləndirib.Daha sonra Şuşa küçələrində gəzinti olub. Ermənilər tərəfindən dağıdılan qədim tikililər barədə onlara məlumat verilib.