CƏMİYYƏT


Yasamal rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan 9 nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir. Yasamal Rayon Polis İdarəsi və 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni “patı”nın qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 9 nəfər tutulub.
Belə ki, əməliyyat zamanı paytaxt sakinləri Qeys Rüstəmov, Çingiz Quliyev və qardaşı Ziya, Sahil Səmədov, Rüstəm Qədirov, Fərid Ulin, Şəhriyar Hüseynov, Cavid Xəlilov, eləcə də, Seymur Zamanov tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.