Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Ağdamda olublar
29.07.2021 [19:02]
Xəbərin mətni
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Ağdama səfər ediblər.
Səfər çərçivəsində Mərkəzin Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupu Ağdamın tarixi mərkəzi hissəsində, Üzərliktəpədə, İmarət kompleksində, Qiyaslı, Cümə məscidlərində, Şahbulaq qalasında, qəbiristanlıqlarda olub və qeydiyyat işləri aparıblar.