Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarici vətəndaşdan 7 kiloqramdan artıq heroin və metamfetamin alan narkotacir saxlanılıb

30.07.2021 [13:17]

Polis əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlcə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elazə Mustafayeva saxlanılıb. Onun üzərindən 2 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib. Polis İdarəsində davam etdirilən əməliyyatlar zamanı müəyyən edilib ki, Elazə Mustafayeva narkotik vasitələri Vuqar adlı şəxsdən alıb. Əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Hacıqabul rayon sakini Vüqar Məhərrəmov saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı 16 qrama yaxın heroin və metamfetamin aşkar olunub. Vüqar Məhərrəmov ifadəsində qeyd edib ki, sosial şəbəkələrdə birbaşa olaraq tanış olduğu xarici ölkə vətəndaşlarından biri ona qaçaqmalçılıq yolu satmaq məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə göndərib. O, həmin narkotik vasitələri Beyləqan-İmişli yolunun kənarından əvvəlcədən razılaşdırılan yerdən götürərək satmaq məqsədi ilə Bakı şəhərinə gətirib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Vüqar Məhərrəmovun gizlətdiyi yerdən 3 kiloqram 944 qram heroin və 3 kiloqram 503 qram metamfetamin aşkar olunaraq götürülüb,