CƏMİYYƏT


Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər saxlanılıb

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir. Həyata keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun əsasən “Kubinka”, “Şamaxinka” və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni “patı”nın qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 3 nəfər tutulub.
Belə ki, əməliyyat zamanı əvvəlcə paytaxt sakini Vüqar İsmayılov saxlanılıb.Onun üzərindən 11 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə psixotrop maddəni satan Nəsimi rayon sakini Aydın Allahverdiyev də tutularaq istintaqa cəlb edilib.Bu şəxsin üzərindən də psixotrop maddə olan metamfetamin aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır