CƏMİYYƏT


Türkiyədə olan FHN-in yanğınsöndürmə qüvvələri yanğınlarla mübarizəni davam etdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğınsöndürənlər 2 qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsini həyata keçirirlər.