CƏMİYYƏT


Azərbaycan yanğınsöndürənləri Türkiyədə işlərinə davam edir

Türkiyədə meşə yanğınlarının söndürülməsi və qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə qardaş ölkəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrupun üzvləri Muğla vilayətinin Marmaris şəhərinin 11 kilometrliyində yerləşən böhran məntəqəsində alovla mübarizə aparırlar.
Azərbaycanlı yanğınsöndürmə qrupu avqustun 1-də Bakı vaxtı ilə saat 10:00-da yerli qüvvələrlə birlikdə təyinat məntəqəsində işə başlayıb. Bu məntəqədə yanğınlar iyulun 28-də başlayıb.