CƏMİYYƏT


Qubada ağır yol qəzası: iki nəfər ölüb, dörd nəfər yaralanıb

Qubada iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə avqustun 1-i gecə saatlarında Quba-Qonaqkənd yolunda qeydə alınıb. “VAZ-2106” minik avtomobili ilə “Qazel” markalı yük avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.