CƏMİYYƏT


Tovuzda polis şadlıq saraylarında monitorinq keçirib

Tovuz rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində monitorinq keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb. Bundan başqa, işçi personalın vaksinasiya pasportları yoxlanılıb, onların xidmət zamanı hansı qaydalar ilə xidmət göstərməsi bildirilib.