CƏMİYYƏT


Polis 40 kiloqramdan artıq heroin və metamfetamini dövriyyədən çıxarıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Yardımlı rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində rayonun Avaş kənd sakini Rahil İmanov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Araşdırma zamanı onun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda heroni Şirvan şəhərində anbar kimi istifadə etdiyi evdə gizlətdiyi müəyyən edilib. Polislər tərəfindən həmin mənzilə baxış zamanı ümumi çəkisi 20 kiloqram 675 qram olan heroin, elektron tərəzi, narkotik vasitələrin satışından əldə olunan pul vəsaitləri və 1 ədəd mobil telefon aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır