CƏMİYYƏT


Paytaxtda Britaniya layihəsinin tətbiqi uğurla davam edir

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı layihənin icrası artıq üçüncü ildir ki, uğurla həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilk öncə pilot layihə kimi Nərimanov rayonunda başlanan layihənin yüksək səviyyədə icrası nəticəsində xeyli irəliləyişlər əldə olunduğundan müqavilə şərtlərinə uyğun olaraq bu il mərhələli şəkildə paytaxtın daha 3 rayonu – Nizami, Nəsimi və Yasamal rayonları da bu layihəyə qoşulub. Layihənin tətbiqinə hazırlıqla bağlı hər 3 rayonda tələbata uyğun miqdarda - 1226 konteyner meydançası yaradılıb, meydançalara 2 rəngdə müasir konteynerlər quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır